Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətnini deputat Tahir Rzayev oxuyub.
Tahir Rzayevinin sözlərinə görə, növbəti parlament seçkiləri Azərbaycanda COP 29 kimi dünyasəviyyəli bir tədbirin keçirilməsi ilə üst-üstə düşdüyündən Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının deputatları növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış ediblər.
“Konstitusiyanın 98 maddəsinə əsasən Milli Məcliisn buraxılıb növbədənkənar seçkilər keçirilməsi barədə qərar verilsin”, – Tahir Rzayev deyib.
Deputatlar parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçiirlməsi ilə bağlı Azərbaycan Prezidentinə ünvanlanan müarciətə səs verdi.