74917474-72e1-46ff-9de2-a3e7e72aca55.webp

Milli Məclisdə Avropa Parlamentinə etiraz: “Heç kim bizi yolumuzdan döndərə bilməz”

Baxış sayı: 149 dəfə baxılıb.

“Avropa Parlamentinin Azərbaycana qarşı qarayaxma kampaniyası aparan
qüvvələrin əlində alətə çevrilməsi təəssüf doğurur. Bu cür qərəzli və
qeyri-obyektiv sənədlərin ortaya çıxması Avropa Parlamentinin Cənubi Qafqazda
yaranan reallıqla barışa bilmədiyini göstərir”.

Cixisyolu.com xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında sədr
Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, Avropa Parlamenti bununla nəinki ölkəmizə qarşı qərəzini
göstərir, həm də ölkəmizin ərazi bütövlüyünə meydan oxuyur:

“Çünki Ermənistan xalqımıza qarşı dəhşətli cinayətlər törədib, şəhər və
kəndlərimizi, dini-tarixi mirasımızı talan edəndə beynəlxalq ictimaiyyət buna
susurdu. Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra isə Avropada
azərbaycanofob, türkofob və islamofob siyasətlə ölkəmizə qarşı sanki yürüşə
çıxıblar”.

“Maraqlı bir məqam da odur ki, Avropa Parlamenti COP29-dan da ölkəmizə qarşı
siyasi təzyiq kimi istifadə etməyə çalışır. Azərbaycan regionda sülh və
sabitliyin yaranmasına sadiqdir, lakin qərəzli ritorikanı da rədd edir.
Prezidentİlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqil siyasət yürüdür və heç
kim bizi yolumuzdan döndərə bilməz”, – deyə S.Qafarova əlavə edib.

Mərahim Nəsib

Source link