Milli Məclisdə deputatlardan bir-birinə qarşı ittihamlar

Milli Məclisdə deputatlardan bir-birinə qarşı ittihamlar

Baxış sayı: 582 dəfə baxılıb.

Milli Məclisin bu gün keçirilən iclasda deputatlar bir-birinə qarşı eyhamlı ittihamlarla çıxış ediblər.

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında parlamentdə deputatlardan Siyavuş Novruzov, Bəhruz Məhərrəmov, Fəzail Ağamalı bəzi deputat həmkarlarını siyasi karyeraları və reytinqləri naminə heç bir məntiqə sığmayan, əsassız arqumentlərə əsaslanaraq populist çıxışlar etməkdə ititham ediblər.

Deputat Tahir Kərimli isə milli-azadlıq hərəkatınının ünvanına səslənən fikirlərə sərt reaksiya verərək bildirib ki, milli-azadlıq hərəkatı ilə hakimiyyəti qarışdırmaq lazım deyil. “Ulu öndər Heydər Əliyevin milli-azadlıq hərəkatına münasibəti müsbət olub və bunu da dəfələrlə dilə gətirib. Amma o dövrün hakimiyyətinin tənqidinə gəldikdə təbii ki, təcrübəsizlik, naşılıq olub. Ona görə də, bu məsələləri qarışdırmaq lazım deyil”, – deputat bildirib.