73c702f4-e025-4478-9883-3f91e557a35d..jpg

Milli Məclisdə işləmək istəyənlərin NƏZƏRİNƏ

Baxış sayı: 830 dəfə baxılıb.

Milli Məclisdə işləmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Respublikası Milli Məclisinin Aparatı hüquqşünas ixtisası üzrə
vakant vəzifələrə dövlət qulluğuna qəbul ilə əlaqədar müsabiqə elan edir.
Müsabiqə iki mərhələdən – yazılı imtahan və müsahibədən ibarət olacaq.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə
görə, müsabiqənin yazılı imtahan mərhələsində iddiaçıların nəzəri bilikləri və
Azərbaycan Respublikasının qanunvericiliyinə bələdliyi yoxlanılacaq.

Müsahibə mərhələsində namizədlərin hüquq sahələrinə, o cümlədən konstitusiya,
cinayət, inzibati, mülki, vergi, maliyyə, əmək və sosial təminat hüququna aid
bilik səviyyəsi, hüquq normalarının mənasını aydınlaşdırmaq və fikirlərini
səlis ifadə etmək bacarığı, məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi
dünyagörüşü müəyyən olunacaq.

Maraqlanan şəxslər öz tərcümeyi-hallarını [email protected]

elektron poçt ünvanına göndərə bilərlər. Sənəd qəbulu 2023-cü il martın 3-dək
davam edəcək. Normayaratma fəaliyyəti sahəsində təcrübəsi olan şəxslərə
müsabiqədə üstünlük veriləcək.

Source link