fca7e6f9-ea06-42fc-ac6a-3f030af5b3d0..jpg

Milli Məclisdə komissiya yaradıldı – YENİLƏNİB

Baxış sayı: 475 dəfə baxılıb.

Milli Məclisdə komissiya yaradıldı – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisdə ABŞ Senatının ermənilərin müdafiə aktı ilə bağlı bəyanatı
hazırlamaq üçün komissiya yaradılıb.

“Report” xəbər verir ki, komissiyanın sədri Ziyafət Əsgərovdur.

Üzvlər isə Səməd Seyidov, Qüdrət Həsənquliyev, Tural Gəncəliyev, Tamam
Cəfərova və Kamilə Əliyevadır.

11:11

Azərbaycan parlamenti ABŞ Senatının ermənilərin müdafiə aktı ilə bağlı bəyanat
qəbul edəcək.

“Report”un xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin bugünkü
iclasının gündəliyinə daxil olunub.

Toplantının gündəliyindəki məsələlərin sayı bununla da 21-ə çatıb.

Xatırladaq ki, noyabrın 16-da ABŞ Senatı ermənilərin müdafiə aktını qəbul edib
.

Məlumata görə, senatorlar ABŞ prezidentinə Azadlığa Dəstək Aktına Azərbaycana
hərbi yardımı qadağan edən 907-ci düzəlişdən yan keçməyə imkan verməyən C.3000
sənədinə səs veriblər.

Layihə Nümayəndələr Palatası tərəfindən qəbul edilsə və Ağ Evin rəhbəri
tərəfindən imzalansa, ABŞ Prezidenti 907-ci düzəlişdən yan keçə bilməyəcək.
Nəticə etibarilə o, 2024-2025-ci illərin büdcə ayırmalarından Azərbaycana
yardım üçün maliyyə ala bilməyəcək.

Qeyd edək ki, 907 saylı düzəlişə əsasən, ABŞ hökumətinin Azərbaycanın rəsmi
strukturlarına yardım göstərməsi qadağandır. Bu düzəliş Konqresin 2001-ci ildə
verdiyi səlahiyyətlərə uyğun olaraq, 2002-ci ildən bəri hər il ABŞ Prezidenti
tərəfindən dayandırılır.

Source link