45e5c3a8-b794-43f0-9c48-f30602e2caec..jpg

Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı ictimai dinləmə keçirilir

Baxış sayı: 445 dəfə baxılıb.

Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı ictimai dinləmə keçirilir

Milli Məclisdə “Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər” mövzusunda
ictimai dinləmə keçirilir.

“Report”un xəbərinə görə, tədbir Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə azərbaycanlıların indiki Ermənistandan – öz dədə-baba yurdlarından
kütləvi şəkildə didərgin salınması, Qərbi Azərbaycana qayıdışın hüquqi
aspektləri, ermənilər tərəfindən törədilmiş cinayətlərin hüquqi baxımdan
qiymətləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Dinləmədə Milli Məclisin deputatları, Qərbi Azərbaycan İcmasının üzvləri,
hüquq-mühafizə orqanlarının təmsilçiləri, hüquqşünas alim və tədqiqatçılar,
vətəndaş cəmiyyətinin nümayəndələri və ekspertlər iştirak edirlər.

Source link