Milli Məclisin beş İşçi Qrupuna kimlər sədr seçiləcək?

Milli Məclisin beş İşçi Qrupuna kimlər sədr seçiləcək?

Baxış sayı: 2. 364 dəfə baxılıb.

Milli  Məclisin (MM) parlamentlərarası əlaqələr üzrə işçi qruplarına yeni rəhbərlər təyin olunacaq.

ÇıxışYolu.Com-ın MM-dən əldə etdiyi məlumata görə, hazırda beş parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri vəzifəsi boşdur.

Bunlar, Azərbaycan – Almaniya, Azərbaycan – Cibuti, Azərbaycan – Kanada, Azərbaycan – Türkmənistan və Azərbaycan – Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbəri vəzifəsidir.

Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Rövşən Rzayev “Dövlətqaçqınkom”un sədri, Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin edildiyindən, Astan Şahverdiyev isə vəfat etdiyindən onlar Milli Məclisin komitələrindən, Azərbaycanın beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin tərkibindən və parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri vəzifəsindən çıxarılıblar.

Qeyd olunur ki, yaxın vaxtlarda – MM-in növbədənkənar iclaslarından birində parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi məsələsinə baxılacaq.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com