0f6c6155-8f68-468b-a70f-b055c99059b0..jpg

Milli Müdafiə Universitetində Bolqarıstanın nümayəndə heyəti ilə görüş keçirilib

Baxış sayı: 486 dəfə baxılıb.

Milli Müdafiə Universitetində Bolqarıstanın nümayəndə heyəti ilə görüş
keçirilib

Avropa Birliyinin ERASMUS proqramı çərçivəsində Bolqarıstan Respublikasının
G.S.Rakovski adına Hərbi Akademiyasının nümayəndələri ölkəmizə səfər edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda bolqarıstanlı
nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Hərbi İdarəetmə İnstitutunun xarici dil müəllim heyətinin tədrisi,
qiymətləndirilmə, STANAG testlərinin tərtibatı və tədris proqramlarının
hazırlanması istiqamətində təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə
edilib.

Qeyd edək ki, səfər çərçivəsində nümayəndə heyəti tərəfindən nümunəvi
dərslərin keçirilməsi də nəzərdə tutulub.

Source link