d9d6e081-ba3b-41a4-bd9e-89d93357e2a3..jpg

Milli Müdafiə Universitetində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib – FOTO

Baxış sayı: 479 dəfə baxılıb.

Milli Müdafiə Universitetində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin
rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın
23-də Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetini və onun nəzdində
fəaliyyət göstərən hərbi təhsil müəssisələrini ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qonaqlara Müdafiə Nazirliyinin strukturuna daxil olan təhsil
müəssisələrinin yaranma tarixi, təhsil sistemi və tədris prosesi, eləcə də elmi
fəaliyyəti haqqında brifinq təqdim olunub.

Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin rəhbər heyəti arasında
keçirilən görüşdə dövlətimizin başçısının hərbi təhsil sisteminin inkişafına
göstərdiyi qayğıdan, Azərbaycan Ordusunda bu sahədə aparılan islahatlar, eləcə
də Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən
danışılıb.

Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanı və Sərəncamı ilə
Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yaradılan xüsusi
təyinatlı hərbi kolleclərin əhəmiyyəti, eləcə də hərbi kadrlar hazırlayan
təhsil müəssisələri kursantlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması
istiqamətində həyata keçirilən tədbirlərin gənclərin hərbi xidmətə marağının
əhəmiyyətli dərəcədə artmasına imkan verəcəyi qeyd olunub.

Görüşdə iki qardaş ölkənin hərbi təhsil sahəsində əməkdaşlığının daha da
genişləndirilməsindən söhbət açılıb, bu istiqamətdə görüləcək işlər, eləcə də
qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi
aparılıb.

Təhsil müəssisələrini ziyarət edən professor E.Afyoncu xatirə kitablarına ürək
sözlərini yazıb.

Source link