4aed6be1-2951-47b7-bccf-780459570848..jpg

Milli Qəhrəman Şükür Həmidovun anım günüdür

Baxış sayı: 543 dəfə baxılıb.

Milli Qəhrəman Şükür Həmidovun anım günüdür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

22 oktyabr tarixi 44 günlük Vətən müharibəsinin şəhidlərindən biri – Milli
Qəhrəman Şükür Həmidovun anım günüdür.

Cixisyolu.com-ın xatırladır ki, Həmidov Şükür Nəriman oğlu 1975-ci il aprelin 1-də
Qubadlının Armudluq kəndində anadan olub. O, ailədə 10 uşaqdan biri olub.

Ş.Həmidov 1990-1993-cü illərdə C.Naxçıvanski adına Hərbi liseydə təhsil alıb.

Şükür Həmidov 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad
edilməsi uğrunda döyüşlərdə böyük şücaət göstərib.

Azərbaycan Prezidentinin 22 aprel 2016-cı il tarixli sərəncamı ilə Şükür
Nəriman oğlu Həmidov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Bundan əlavə, Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı
göstərdiyi şücaətə görə Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi
verilib.

Vətən müharibəsində Ş.Həmidov Qubadlının bəzi kəndlərinin azad edilməsi
əməliyyatlarında iştirak edib.

Şükür Həmidov 22 oktyabr 2020-ci il tarixində Qubadlı rayonunun azadlığı
uğrunda gedən döyüşlərdə şəhid olub.

Prezident İlham Əliyevin sərəncamı ilə Şükür Həmidov Vətən müharibəsindəki
iştirakına görə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Ona ölkə başçısının sərəncamları ilə Şükür Həmidov “Füzulinin azad olunmasına
görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”
medalları və “Zəfər” ordeni ilə təltif edilib.

Milli Qəhrəmanın 1 oğlu və 1 qızı var.

Source link