1c795c23-961c-41c5-a8b5-deb810aaeaae..jpg

Milli Qəhrəman Şükür Həmidovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib – FOTO

Baxış sayı: 494 dəfə baxılıb.

Milli Qəhrəman Şükür Həmidovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İkinci Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı, İkinci Qarabağ
müharibəsi şəhidi polkovnik Şükür Həmidovun doğum günü münasibətilə anım
mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin və ictimaiyyət nümayəndələrinin, Qubadlı Rayon İcra
Hakimiyyətinin və Qubadlı rayon Mədəniyyət Evinin əməkdaşlarının, Milli
Qəhrəmanın ailə üzvlərinin, döyüş yoldaşlarının, məktəblilərin, eləcə də digər
qonaqların iştirak etdiyi mərasimdə şəhidimizin məzarı ziyarət edilib, önünə
əklil və gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi
bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib.

Anım mərasimində qəhrəmanımızın şərəfli həyat yolundan, vətənpərvər zabit kimi
Azərbaycan Ordusunda qüsursuz xidmətindən, xüsusilə də Aprel döyüşləri və Vətən
müharibəsi zamanı keçdiyi döyüş yolundan danışılıb.

Qeyd olunub ki, polkovnik Şükür Həmidovun qəhrəmanlığı Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanıİlham Əliyev
tərəfindən yüksək qiymətləndirilib, o xidməti dövründə müxtəlif orden və
medallara təltif olunub.

Mərasimdə çıxış edənlər şəhid zabit ilə bağlı xatirələrini bölüşüblər, Milli
Qəhrəmanın timsalında bütün şəhidlərimizin xatirəsinin daim əziz tutulacağı
vurğulanıb.

Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya,
eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə
minnətdarlıqlarını bildiriblər.

Sonda məktəblilər tərəfindən şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Source link