Milli Qəhrəmanın həyat yoldaşı: “Qızım dedi ki, saqqallılar atamı öldürdülər”
– VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Baku TV Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimov haqqında reportaj
hazırlayıb.
Ziyalı bir ailədə doğulan Koroğlu Rəhimov vətən sevgisi ilə böyümüşdü. 1969-cu
ildə orta təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Bakıya gəlir və
Azərbaycan Neft və Kimya İnstitutunun avtomexanika fakültəsinə daxil olur.
1972-ci ildə ordu sıralarına çağırılır və hərbi xidmətini Almaniya Demokratik
Respublikasında başa vurur. Hərbi xidmətdən qayıtdıqdan sonra ali təhsilini
tamamlayır. 1979-cu ildə əmisi qızı Aybəniz xanımla ailə həyatı qurur.
1988-ci ildə azərbaycanlıların Ermənistandan qovulması, 1990-cı ilin 20 Yanvar
hadisələri, 1992-ci ilin Xocalı soyqırımı Koroğlu Rəhimovun düşməndən qisas
almaq, torpaqlarımızı erməni faşistlərindən təmizləmək arzusunu daha da
alovlandırır.
O, 1992-ci ilin martın 17-də könüllü olaraq Milli Ordu sıralarına yazılır.
1992-ci ilin aprelin 30-da K.Rəhimov N saylı hərbi hissədə 2-ci motoatıcı
bölüyün komandiri təyin edilir.
Qısa müddət ərzində onun qəhrəmanlığı dillərdə əzbər olur. Ağdərə döyüşlərində
də qəhrəmanlıqlar göstərən Koroğlu üçüncü sovxozu da erməni faşistlərindən azad
edir. Qəhrəmancasına həlak olan Koroğlu Rəhimovun ölüm xəbəri hamını sarsıdır.
Üç övladı – qızı Ülviyyənin, oğlanları Rəşad və Samirin gözünü yolda qoyur. O,
Ülviyyənin doğum gününə gələcəyinə söz vermişdi.
“Uşaqlara yemək verirdim. Ülviyyə atasına bağlı qız idi. Birdən ağlamağa
başladı. Dedi ki, saqqallılar atamı öldürdü”, – şəhidin həyat yoldaşı Aybəniz
Rəhimova həmin günləri xatırlayarkən deyib.
Ətraflı Baku TV-nin süjetində: