cfdaaa43-bb40-4ea3-bdb5-450483d98dad..jpg

Milli Qəhrəmanın məzarı 31 ildən sonra ziyarət olunub – FOTO

Baxış sayı: 477 dəfə baxılıb.

Milli Qəhrəmanın məzarı 31 ildən sonra ziyarət olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Qəhrəman Faiq Rəfiyevin məzarı 31 ildən sonra ailə üzvləri tərəfindən
ziyarət olunub.

1955-ci il fevral ayının 22-də Füzuli rayonunun Saracıq kəndində anadan olan
F.Rəfiyev Rusiyada hərbi xidmətdən tərxis olunduqdan sonra Arxangelsk
vilayətində polis sistemində çalışmağa başlayıb.

Ardından leytenant rütbəsi alaraq sahə müvəkkili kimi fəaliyyətini davam
etdirib.

Qanlı yanvar hadisələrindən sonra Azərbaycana qayıdaraq Daxili İşlər
Nazirliyinə (DİN) müraciət edib və təcrübəsi nəzərə alınaraq Xocavənd rayonuna
sahə müvəkkili təyin olunub.

Birinci Qarabağ müharibəsində zabit kimi iştirak edən F.Rəfiyev xüsusilə
Axullu, Tuğ, Qaradağlı kəndlərinin qorunması üçün gedən döyüşlərdə şücaət
göstərib.

9 yanvar 1992-ci ildə Köçbəy kəndinin erməni silahlılarından təmizlənməsi
uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub.

Qeyd edək ki, Faiq Rəfiyev doğulduğu Saracıq kəndində dəfn olunub.

Ölümündən sonra isə “Milli Qəhrəman” adına layiq görülüb.

Source link