2ab43217-6e92-4c92-8211-efa3412e1f18..jpg

Milli Qəhrəmanın qızı atasının şəhid olduğu məkanda: “Şuşanın hər qarışı mənə atamı xatırladır” – VİDEO

Baxış sayı: 594 dəfə baxılıb.

Milli Qəhrəmanın qızı atasının şəhid olduğu məkanda: “Şuşanın hər qarışı mənə
atamı xatırladır” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Xarkov şəhərindən Moldovanın Kişineu şəhərinə təxliyə edilən
Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin qızı Oksana Seryogina Şuşaya
səfər edib.

Bu barədə “İTV Xəbər” reportaj hazırlayıb.

Milli Qəhrəmanın qızı bildirib ki, müqəddəs torpaqlara gəlmək onun arzusu olub:

“Yeridiyim bu torpaqda atamın qanı var. Bu, bizim üçün, xalq üçün, vətən üçün
bir sınaq idi. Şuşanın hər qarışı mənə atamı xatırladır”.

Qeyd edək ki, Viktor Seryogin Birinci Qarabağ müharibəsində qəhrəmancasına
həlak olub.

Onun 1992-ci il yanvarın 28-də idarə etdiyi və göyərtəsində 47 sərnişinin
olduğu “Mi-8” mülki helikopteri erməni mövqelərindən atılan “Stinger” raketi
ilə vurulub.

Havada partlayış və salonda yanğın baş verdikdən sonra Seryogin düşməkdə olan
helikopteri Şuşa şəhərinin yaşayış məhəllələrindən uzaqlaşdıra bilib. Seryogin
ekipaj və sərnişinlərlə birlikdə həlak olub.

Ətraflı süjetdə:


Source link