00146481-b97e-4f90-87d3-72d51ac33751..jpg

Milli Qəhrəmanın qızı: “Laçın yolu bağlanmayıb” – VİDEO

Baxış sayı: 755 dəfə baxılıb.

Milli Qəhrəmanın qızı: “Laçın yolu bağlanmayıb” – VİDEO

“Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər Xankəndi-Laçın
yolu ilə sərbəst şəkildə hərəkət edir”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın Rus İcmasının üzvü, Birinci Qarabağ
müharibəsi şəhidi, Milli Qəhrəman Yuri Kovalyovun qızı Regina Kovalyova deyib.

Onun sözlərinə görə, aksiyanın keçirildiyi yerdə çox mehriban ab-hava hökm
sürür və yolun bağlanmasından söhbət gedə bilməz.

“Artıq bir neçə gündür ki, buradayıq. Tələbimiz ekoloji terrora son qoymaqdır
ki, Azərbaycanın ekologiyasına zərər dəyməsin”, – deyə o bildirib.

R.Kovalyova gələcəkdə bacısı ilə birlikdə Qarabağda atası, Azərbaycanın Milli
Qəhrəmanı Yuri Kovalyovun şərəfinə ağac əkməyi planlaşdırdığını vurğulayıb:

“Bu ağacı təkcə övladlarımız deyil, nəvələrimiz də görəcək. Biz Qarabağımızı
mütləq yaşıllaşdıracağıq”, – deyə R.Kovalyova fikrini tamamlayıb.

Xatırladaq ki, Xankəndi-Laçın yolunda etiraz aksiyası 54 gündür ki, davam edir.


Source link