Milli Şuranın mitinq keçirməsinə icazə verilməyib.
Bu barədə ÇıxışYolu.Com-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda bildirilib ki, Mətbuat Şurasının üzvlərindən ibarət mitinq təşkilatçıları aprelin 20-də “Məhsul” stadionunda aksiya keçirmək istədikləri məqsədə uyğun hesab edilmədiyindən razılıq verilməyib.
Cavabda o da qeyd edilib ki, yanvarın 19-da keçirilən mitinqdən sonra bəzi toplantı iştirakçıları tərəfindən ictimai təhlükəsizlik əleyhinə bir sıra əməllər törədilməsi şəhər sakinlərinin ciddi narazılığına səbəb olub. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə şikayət ərizələri daxil olub.
Eyni zamanda, mitinq iştirakçılarının polisin qanuni tələblərinə qarşı tabesizlik göstərmələri ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən də Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq müraciətlərin ünvanlanması nəzərə alınaraq mitinqin keçirilməsi məqsədəuyğun hesab edilməyib.
Könül Cəfərli