Milli üzvü və komandası son oyunda qələbə qazansa da, mövsümü mükafatsız başa vurdu

Baxış sayı: 1. 914 dəfə baxılıb.

Milli üzvü və komandası son oyunda qələbə qazansa da, mövsümü mükafatsız başa vurdu

Futbol üzrə Qazaxıstan Premyer Liqasında mövsümə yekun vurulub.  

ÇıxışYolu.Com xəbər verir ki, milli komandamızın qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” da sonuncu oyununa çıxıb. 

Sözügedən komanda doğma meydanda “Aktobe” ilə qarşılaşıb.  

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1. 

Start heyətdə meydan çıxan Emil sonadək oynayıb. 

Lakin bu qələbə “Tobol”un mükafatçılar sırasına düşməsi üçün yetərli olmayıb.  

Belə ki, uzun müddət lider olan futbolçumuzun komandası son turlardakı uğursuzluqlar nəticəsində mövsümü 63 xalla 12 iştirakçı arasında 4-cü pillədə başa vurub. 

“Astana” 69 xalla çempion olubsa, 2-ci yeri 68 xalla “Kayrat” tutub. 65 xala malik “Ordabası” isə 3-cü olub. Hansı ki, bu komandanı Bakı “İnter”in sabiq baş məşqçisi Kaxaber Sxadadze çalışdırır. 

Qeyd edək ki, bu ilin fevralında “Səbail”dən “Tobola”a keçən 25 yaşlı Balayevin Qazaxıstandakı debüt mövsümündə Premyer Liqa çərçivəsindəki 33 oyundan 31-də meydanda olub, 3 sarı vərəqə ilə cəzalanıb.