Futbol üzrə Almaniya III Bundesliqasında XV turun oyunları keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” də növbəti matçına çıxıb.
Münster təmsilçisi doğma meydanda “Braunşveyq”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Oyuna ehtiyat oyunçular skamyasında başlayan Rüfət 70-ci dəqiqədə meydana daxil olub.
Cari mövsümdə 4 qol vuran millimizin forvardı bu oyunda fərqlənə bilməyib. Əvəzində o, məhsuldar ötürmə ilə yadda qalıb.
Münster klubu 15 turdan sonra 13 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.