715a51da-24b9-4c73-80b4-949c7aaa250d..jpg

Milli Xalça Festivalının ikinci günü keçirilib – FOTO/VİDEO

Baxış sayı: 652 dəfə baxılıb.

Milli Xalça Festivalının ikinci günü keçirilib – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Milli Xalça Festivalının ikinci günüdür.

Cixisyolu.com xəbər verir ki, Festival “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsi və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi
Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçirilib.

Ötən gündən başlayan festivalda İçərişəhər ərazisində xalçaçılıq sənətinə həsr
edilən bir sıra tədbirlər həyata keçirilib.

Milli Xalça Festivalı günlərində İçərişəhərin küçələri xalçalar və xalça
ornamentli xüsusi dekorasiyalar ilə bəzədilib.

Sakinlər festivalda iştirak edib, milli ornamentlərimizlə tanış olublar.

Şəhər sakinlərinin festivala göstərdiyi maraq Azərbaycanda ənənəvi incəsənətə
olan marağın göstəricisidir.

Paytaxt sakinlərimizlə yanaşı turistlər də Azərbaycanın qədim sənət nümunələri
ilə yaxından tanış olublar. Böyükdən kiçiyə hər kəs xüsusi maraq göstərib.

Qeyd edək ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhərin ev
sahibliyi edəcəyi Milli Xalça Festivalı Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsis edilmiş
“Xalçaçı günü” peşə bayramına həsr edilir və UNESCO-nun qeyri-maddi mədəni irs
nümunələri siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənətinin təşviqi və
yaşadılması missiyasını daşıyır.

Daha çox foto burada: PhotoStock.az

Nəzrin Vahid

Source link