fecc4ced-627f-483f-8b94-72f8d54dcda8..jpg

Milli yığmanın üzvü Almaniyada birincilik əldə etdi – VİDEO

Baxış sayı: 482 dəfə baxılıb.

Milli yığmanın üzvü Almaniyada birincilik əldə etdi – VİDEO

Atçılığın dresaj üzrə milli yığmasının üzvü Aqata Zəhrabəyova 5-8 oktyabr
2023-cü il tarixdə Almaniyanın Troisdorf şəhərində keçirilən CDİP kateqoriyalı
beynəlxalq yarışda iştirak edib.

Cixisyolu.com xəbər verir ki, Almaniya, Niderland, Belçika, Danimarka, İsveçrə və
İsveçin ümumilikdə 24 təmsilçisinin də yüksəldiyi final mərhələsində
rəqiblərini 74,98 faizlik balla qabaqlayan idmançımız kubokun sahibi olub.

İlin sonunadək daha bir neçə beynəlxalq turnirdə iştirak etməsi planlaşdırılan
Aqata Zəhrabəyova Azərbaycan Respublikası Atçılıq Federasiyasının
təşkilatçılığı ilə Almaniyanın Düsseldorf şəhərində təlimlərini davam etdirir.


Source link