Millilərimizə legionerləri gətirən vitse-prezident federasiyadan qovuldu

Baxış sayı: 2. 286 dəfə baxılıb.

Millilərimizə legionerləri gətirən vitse-prezident federasiyadan qovuldu

Azərbaycan Güləş Federasiyasında rəhbər vəzifəsində daha bir dəyişiklik olunub.

ÇıxışYolu.Com-ın əldə etdiyi məlumata görə, 2008-ci ildən bu federasiyada sərbəst güləş üzrə vitse-prezident işləyən Məhəmməd Əliömərovun gördüyü iş rəhbərliyi qane etməyib.

Sərbəst güləş yığmalarımıza dağıstanlı və osetiyalı legionerləri gətirməklə məşğul olan Əliömərovun Azərbaycandakı on illik fəaliyyəti başa çatıb və o, federasiyadan uzaqlaşdırılıb.

Artıq federasiyanın saytının “Rəhbərlik” bölməsində də onun adı siyahıdan çıxarılıb. Bundan sonra sərbəst güləş üzrə vitse-prezident vəzifəsini Firdovsi Umudovun icra edəcəyi gözlənilir.

Qeyd edək ki, 1952-ci ildə Dağıstanda anadan olmuş Məhəmməd Əliömərov sərbəst güləş üzrə SSRİ İdman ustası və Rusiyanın əməkdar məşqçisidir.

O, sərbəst güləşdə qazanılmış naliyyətlərə görə Rusiya Olimpiya Komitəsinin Ali Ordeni ilə təltif olunub. Əliömərov 2007-ci ildə Rusiyada “Dostluq” ordeni ilə, 2012-ci ildə Azərbaycanda “Tərəqqi” medalı ilə təltif edilib.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com