Millimizə qol vurmuş futbolçu yığma karyerasını bitirib

Millimizə qol vurmuş futbolçu yığma karyerasını bitirib

Baxış sayı: 2. 316 dəfə baxılıb.

DÇ-2018 üçün Almaniya millisinin 27 nəfərlik geniş heyətinə çağırılmayan “Bayern”in futbolçusu Zandro Vaqner millidəki karyerasını başa vurub.

ÇıxışYolu.Com xəbər verir ki, 30 yaşlı hücumçu qərarını belə açıqlayıb: 

“Mənim baş məşqçinin heyətinə uyğun futbolçu olmadığım ortadadır. Bunu açıq şəkildə söyləyirəm”.

Qeyd edək ki, bu xəbəri eşidəndə Zandro Vaqner klubunun məşqində ağlamışdı. İlk dəfə ötən ilin iyununda Danimarka ilə yoldaşlıq oyununa çağırılmış hücumçu millidə səkkiz matçda beş qol vurub. O, yığmada sonuncu – beşinci qolunu oktyabrın 8-də Kayzerslauterndə keçirilmiş Almaniya – Azərbaycan oyununda (5:1) millimizin qapısından keçirib. Onun qolu ilə almanlar hesabda 2:1 önə keçmişdilər.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com