ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışında millimiz finala çıxıb.
ÇıxışYolu.Com xəbər verir ki, yığma komandamız ilk yarış günündə yığmamız Kuba və Qazaxıstanla qarşılaşıb.
Müvafiq olaraq 8:2 və 9:1 hesabı ilə qələbə qazanan güləşçilərimizin final yolunda son görüşü Monqolustana qarşı olub. 7:3 hesablı üstünlük qazanan yığma komandamız finala yüksəlib.
Final görüşündə yığma komandamızın rəqibi ev sahibi ABŞ idmançıları olacaq. Final görüşü Bakı vaxtı ilə gecə saat 01:00-da başlayacaq.
Qeyd edək ki, sərbəst güləş yığmamız əvvəllər iki dəfə Dünya Kubokunun qalibi olub.
S.T.
www.ÇıxışYolu.Com