Millimiz dünya çempionatından ən pis halda bürünc medalla qayıdacaq

Baxış sayı: 2. 804 dəfə baxılıb.

Millimiz dünya çempionatından ən pis halda bürünc medalla qayıdacaq

BƏƏ-nin Fuceyrə şəhərində keçirilən taekvondo üzrə komandalarası dünya çempionatında (keçmiş Dünya Kuboku) kişi millimiz yarımfinala vəsiqə qazanıb.

ÇıxışYolu.Com xəbər verir ki, ikiqat dünya çempionu olan millimiz ilk görüşdə son dünya birincisi İrana uduzub – 58:66.

Lakin komandamız daha sonra digər iki Asiya təmsilçisi – Özbəkistan və Çindən üstün olub. Yığmamız müvafiq olaraq 55:38 və 63:46 hesabı ilə qalib gəlib. Bununla da komandamız qrup ikincisi olaraq yarımfinala vəsiqə qazanıb. Bu isə o deməkdir ki, səkkiz ən güclü komandanın yarışdığı turnirdə millimiz ən azı bürünc medalı özü üçün təmin edib.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com