UEFA İcraiyyə Komitəsinin Nyon şəhərində keçirilmiş iclasında qəbul olunmuş qərarlardan biri də UEFA Millətlər Liqasının 2020/21-ci il mövsümü ilə əlaqədar olub.
ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycan milli komandası növbəti UEFA Millətlər Liqasında C Liqasında mübarizə aparacaq.
Millimiz C liqasının reytinqə görə ən zəiflərin yer aldığı dördüncü səbətində yer alıb. Bu səbətdə digər komandalar Qazaxıstan, Moldova və Ermənistan yığmalarıdır.
C liqasında yığmamızın potensial rəqibləri isə bu komandalardır:
Birinci səbət: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan
İkinci səbət: Şimali Makedoniya, Kosovo, Belarus, Kipr
Üçüncü səbət: Estoniya, Sloveniya, Litva, Lüksemburq
Qeyd edək ki, UEFA Millətlər Liqasının püşkatma mərasimi 2020-ci il martın 3-də Niderlandın paytaxtı Amsterdamda keçiriləcək.
Səbuhi Musayev