Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib.
ÇıxışYolu.Com-a verilən məlumata görə, artıq bunun üçün AFFA ilə Qazaxıstan Futbol Federasiyası arasında razılıq əldə olunub.
Razılığa əsasən, iyunun 5-də Astana şəhərində Qazaxıstan və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.
Bu razılaşma çərçivəsində milli komandaların oyunundan bir gün əvvəl – iyunun 4-də Astanada Qazaxıstan və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmaları yoldaşlıq oyununda üz-üzə gələcək.
U-21-lərin oyunu Bakı vaxtı ilə saat 17:00-da, əsas milli komandaların qarşılaşması isə saat 22:00-da başlayacaq.
Xatırladaq ki, millimiz iyunun 9-da Riqada Latviya millisi ilə də yoldaşlıq oyunu keçirəcək.
S.T.
www.ÇıxışYolu.Com