window._ttzi = 128;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Minifutbol üzrə Avropa Çempionatının II turunda hazırkı dünya çempionu Çexiya yığması ilə qarşılaşan Azərbaycan milli komandası oyuna ciddi itki ilə çıxıb.
ÇıxışYolu.Com xəbər verir ki, komandamızın aparıcı üzvü İlkin Hacıyev ilk oyunda əzələsini dartdığı üçün çexlərlə oyunu buraxmaq məcburiyyətində qalıb.
Buna baxmayaraq, komandamız oyuna yaxşı başlayıb və hissənin yarısında kapitanımız Seymur Məmmədov rəqibin kobud səhvini bağışlamayıb. Qeyd edək ki, Məmmədov fərqlənməklə Azərbaycan millisinin mötəbər turnirlərdə vurulan ilk qolunun müəllifi kimi adını minifutbol tariximizə yazdırıb.
Macarlarla oyunda olduğu kimi, bu dəfə də hakimlər briqadası kobud səhvlə yadda qalıb. Belə ki, ilk hissədə Çexiya komandasının oyunçusu cərimə meydançasında topa əllə toxunsa da, hakim oyunu davam etdirib.
İkinci yarıda da ilk hissədə olduğu kimi topa nəzarət daha çox şərqi avropalılarda olub. Bu məqamda Ramil Həsən-Zadənin də inamlı oyununu vurğulamaq yerinə düşər. Qapıçımız oyun ərzində bir neçə yüz faizli zərbənin qarşısın məharətlə almağı bacarıb.
Lakin oyunun sonlarında daha təcrübəli olan Çexiya millisi istəyinə çatıb. Əsas vaxtın bitməsinə iki dəqiqə qalmış ani diqqətsizlik komandamıza baha başa gəlib. Qoldan ruhlanan rəqib oyuna artırılmış birinci dəqiqədə qələbə qolunu vuraraq minifutbol yığmamızı Avropa çempionatlarında ilk xalını qazanmaq imkanından məhrum edib.
Komandamızın növbəti oyunu avqustun 15-i Bakı vaxtı ilə saat 17:00-da Türkiyə milli komandasına qarşı olacaq.
Çexiya 2:1 Azərbaycan.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com