Karate üzrə yeniyetmə millimiz fiaskoya uğrayıb.
ÇıxışYolu.Com xəbər verir ki, komandamızın beş üzvü – Xəqan Həsənov (-61 kq), Bəxtiyar Rzayev (-68 kq), Musa Sarızadə (+68 kq), Mədinə Sadıqova (-53 kq) və Səma İmanzadə (-59 kq) Olimpiya təsnifat turnirində lisenziya qazana bilməyiblər.
29-30 iyun tarixlərində Xorvatiyanın Umaq şəhərində keçirilmiş yeniyetmələr arasında ilk olimpiya təsnifat turnirinin finalına idmançılarımızdan heç biri vəsiqə qazanmadığı üçün lisenziya qazanmaq mümkün olmayıb.
Ancaq bu yarışda beynəlxalq hakim, federasiyanın hakimlər komitəsinin sədri Cahangir Babayev Olimpiya təsnifat turnirinin ən yaxşı hakimi elan edilib. Milli komandanın məşqçiləri, əməkdar məşqçilər – Şahin Xudaverdiyev, Anar Allahverdiyev və Qurban Tağıyev Xorvatiyada WKF-in Məşqçilər Komitəsinin imtahanından uğurla keçərək məşqçilik lisenziyasının müddətini artırıblar.
Qeyd edək ki, bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin Olimpiya Oyunları keçiriləcək.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com