Millimizi uduzdurmuş hakim “Qarabağ”ın oyununa təyin olundu

Baxış sayı: 2. 454 dəfə baxılıb.

Millimizi uduzdurmuş hakim “Qarabağ”ın oyununa təyin olundu

UEFA Avropa Liqasının “Qarabağ” – APOEL (Kipr) görüşünü idarəcə edəcək baş hakim müəyyənləşib.

ÇıxışYolu.Com xəbər verir ki, bu, Filip Qlovadır.

O, ötən ilin martın 27-də Azərbaycanın 21 yaşadək millisinin (U-21) İrlandiya ilə seçmə oyununda iş başında olub. Həmin matçda irlandlar 1:0 hesabı ilə qalib gəlib.

Maraqlıdır ki, həmin matçda U-21 millimizin baş məşqçisi Rəşad Sadıqov olub. R.Sadıqov bu hakimlə bu dəfə “Qarabağ”ın kapitanı qismində qarşılaşacaq. Həmin matçda Filip Qlova millimizin üç futbolçusuna sarı vərəqə göstərib.

Ən maraqlısı isə budur ki, 21-ci dəqiqədə cəzalandırılan futbolçulardan biri “Qarabağ”ın yarımmüdafiəçisi Hacıağa Hacılı olub. Bu matçda “Qarabağ”ın digər futbolçusu Mahir Mədətov da oynayıb.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, Talaxt şəhərində keçirilmiş görüşdə irlandlar qələbəni məhz bu hakimin görüşə əlavə etdiyi dəqiqələr hesabına vura bilib. Şoun Donelanın yalnız 90+9-cu dəqiqədə vurduğu qolla ada təmsilçisi qələbə qazana bilib.

Qeyd edək ki, “Qarabağ” – APOEL görüşü oktyabrın 24-də keçiriləcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüş saat 20:55-də başlayacaq.

Səbuhi Musayev