Qadın voleybolu üzrə millimizin aparıcı üzvlərindən olan Kseniya Poznyak karyerasını başa vurub.
ÇıxışYolu.Com xəbər verir ki, Belarusdan olan legionerimiz 31 yaşında karyerasını başa vurmaq qərarına gəlib.
Qeyd edək ki, ampluaca blokçu olan Kseniya Poznyak əvvəllər Azərbaycanda “Azərreyl”, “Lokomotiv”, “Azəryol”, İtaliyada “Parma”, Türkiyədə “Beşiktaş” və Rusiyada “Leninqradka”da oynayıb. 1,90 metr boya malik voleybolçu 2004-cü ildən millimizin şərəfini qoruyurdu.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com