dc0bdee5-a88a-4d20-8762-e8ec1c63e095..jpg

Millimizin Avropa Superfinalındakı oyunlarının vaxtı açıqlandı

Baxış sayı: 622 dəfə baxılıb.

Millimizin Avropa Superfinalındakı oyunlarının vaxtı açıqlandı

Sentyabrın 19-dan 25-dək İtaliyanın Alqero şəhərində təşkil olunacaq çimərlik
futbolu üzrə Avropa Superfinalının təqvimi müəyyənləşib.

AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, Azərbaycan yığmasının da
oyunlarının vaxtı bəlli olub.

Milli sentyabrın 19-da Bakı vaxtı ilə saat 12:15-də Türkiyə ilə üz-üzə gələcək.

Bir gün sonra eyni saatda rəqib Rumıniya olacaq. Yığma sentyabrın 21-də, saat
16:00-da isə İsveçrəni sınağa çəkəcək.

Source link