Millimizin Avstriya ilə oyunu yunanlara həvalə edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – Avstriya oyunun
hakimləri açıqlanıb.
UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, Tofiq Bəhramov adına Respublika
Stadionunda baş tutacaq qarşılaşmada Yunanıstandan olan ədalət təmsilçiləri iş
başında olacaqlar.
Matçı Aristotelis Diamantopulos idarə edəcək. Yan xətlərdə ona Konstantinos
Psarris və Andreas Meintanas kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını
Anastasios Papapetru yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 16-da keçiriləcək Azərbaycan – Avstriya oyunu saat
20:00-da başlayacaq.