Millimizin braziliyalı legioneri Fransada oynayacaq

Baxış sayı: 2. 770 dəfə baxılıb.

Millimizin braziliyalı legioneri Fransada oynayacaq

Futzal üzrə Azərbaycan millisinin və “Araz” klubunun üzvü Eduardo Mello Borqes karyerası ilə bağlı yeni qərar verib. 

ÇıxışYolu.Com xəbər verir ki, braziliyalı legionerimiz qarşıdakı mövsümü Fransa çempionatında keçirəcək.

Belə ki, mayda “Araz”la müqaviləsi başa çatmış müdafiəçi Fransanın AKKES klubu ilə anlaşıb. Bu barədə klubun “Twitter” səhifəsi məlumat yayıb.

 

Qeyd edək ki, 31 yaşlı Edu 2013-cü ildən millinin formasını geyinir. O, üç dəfə Avropa, bir dəfə isə dünya çempionatının final mərhələsində Azərbaycan milli komandasının uğur qazanması üçün çalışıb.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com