Millimizin dünya çempionatına yollanacaq heyəti açıqlandı

Baxış sayı: 2. 887 dəfə baxılıb.

Millimizin dünya çempionatına yollanacaq heyəti açıqlandı

Sentyabrın 9-dan 16-dək Bolqarıstanda bədii gimnastika üzrə dünya çempionatı keçiriləcək.

Azərbaycan Gimnastika Federasiyasından ÇıxışYolu.Com-a bildiriblər ki, Sofiya şəhərindəki “Armeyets” arenasında keçiriləcək çempionata altmış ölkədən 900-dən çox qonaq qatılacaq. Çempionatda fərdi yarışlarda 176, komanda yarışlarında isə 36 kollektivin tərkibində 215 gimnast mübarizə aparacaq.

Azərbaycan gimnastları da bu turnirdə fərdi və komanda yarışlarında qüvvələrini sınayacaqlar. Mundialda ölkəmizi qrup proqramında Aliyə Paşayeva, Siyana Vasileva, Ayşən Bayramova, Diana DomanZeynəb Hümmətova təmsil edəcəklər. Fərdi yarışlarda isə Veronika Hudis, Zöhrə AğamirovaDarya Sorokina xalça üzərinə çıxacaqlar.

Qeyd edək ki, bu yarışlar Bolqarıstanın ev sahibliyi etdiyi üçüncü dünya çempionatıdır. 1969-cu və 1987-ci illərdə də dünya birinciliyi Bolqarıstanda keçirilib.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com