Millimizin Ermənistana qarşı heyəti açıqlandı – YENİLƏNİB

Baxış sayı: 3. 025 dəfə baxılıb.

Millimizin Ermənistana qarşı heyəti açıqlandı – YENİLƏNİB

Gürcüstanın Batumi şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında Ermənistan millisinə qarşı çıxış edəcək yığmamızın heyəti açıqlanıb.

ÇıxışYolu.Com xəbər verir ki, Şəhriyar Məmmədyarov qara fiqurlarla Levon Aronyana qarşı oynayacaq.

Ermənistan – Azərbaycan

Levon Aronyan – Şəhriyar Məmmədyarov (qara)

Qabriel Sarqisyan – Teymur Rəcəbov (ağ)

Hrant Melkumyan – Arkadi Naydiç (qara)

Hayk Martirosyan – Rauf Məmmədov (ağ)

Qadın millimizin heyəti isə belə olacaq:

Yunanıstan – Azərbaycan

Anna-Mariya Botsari – Zeynəb Məmmədyarova (qara)

Stavrula Solakidu – Xanım Balacayeva (ağ)

Anastasiya Avramidu – Gülnar Məmmədova (qara)

Haritomeni Markantonaki – Ülviyyə Fətəliyeva (ağ)

Xatırladaq ki, hər iki görüş saat 15:00-da başlayacaq.

10:06

Gürcüstanın Batumi şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında millilərimizin növbəti rəqibləri müəyyənləşib.

ÇıxışYolu.Com xəbər verir ki, ilk dörd görüşdə qələbə qazanmış kişi millimiz V turda prinsipial rəqibi Ermənistanla qarşılaşacaq.

Dünya reytinqində XI sırada olan və hazırda Olimpiadada altı xalla XIII pillədə qərarlaşan qadın millimiz isə Yunanıstanla qarşılaşacaq. Hər iki görüş saat 15:00-da başlayacaq.

Qeyd edək ki, dünya reytinqində IV sırada olan millimizlə dünyanın VIII komandası olan Ermənistan əvvəlki dörd görüşdə maksimum nəticə göstərərək, səkkiz xal qazanıb. Lakin əlavə göstəricilərə görə millimiz turnir cədvəlində I, Ermənistan isə VII sırada qərarlaşıb.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com