Millimizin braziliyalı futbolçusu Rişard Almeydanın Qazaxıstanın “Astana” klubuna keçidi rəsmiləşib.
ÇıxışYolu.Com xəbər verir ki, mövsümün sonunda “Qarabağ”la yollarını ayıran 29 yaşlı futbolçu “Qəbələ”nin sabiq çalışdırıcısı Roman Qriqorçukun baş məşqçisi olduğu və Qazaxıstanı Çempionlar Liqasında təmsil edəcək klubda təqdim olunub.
Müqavilənin müddəti və detalları açıqlanmayıb.
Qeyd edək ki, Rişard Almeyda 2012-ci ildən bəri “Qarabağ”ın uğurları üçün çalışıb. Mərkəz yarımmüdafiəçisi ötən ildən millimizin formasını geyinir və səkkiz matça çıxıb.