Millimizin iki üzvü Avropanın ən dəqiq ötürmə verən futbolçuları arasında

Baxış sayı: 2. 371 dəfə baxılıb.

Millimizin iki üzvü Avropanın ən dəqiq ötürmə verən futbolçuları arasında

UEFA Millətlər Liqasında iki turdan sonra statistik göstəricilər açıqlanıb.

ÇıxışYolu.Com xəbər verir ki, milli komandamızın iki futbolçusu – Qara QarayevRişard Almeyda da ən yaxşılar arasında yer alıblar.

Hər iki yarımmüdafiəçi dəqiq ötürmələrin sayında Top-5-liyə düşüb. İlk sırada İspaniya millisinin kapitanı Serxio Ramos qərarlaşıb. “Real”ın mərkəz müdafiəçisi 204 dəqiq ötürmə edib. Rişard Almeyda 150 ötürmə ilə II, Türkiyədən Okay Yokuşu 148 ötürmə ilə III sırada qərarlaşıb. Qara Qarayev və Çağlar Söyüncü (Türkiyə) 145 ötürmə edib.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com