Futzal üzrə Azərbaycan millisinin üzvü Fineo Araujonun yeni komandası müəyyənləşib.
ÇıxışYolu.Com xəbər verir ki, braziliyalı futzalçı Çin Super Liqasında çıxış edən “Juhai” klubu ilə anlaşıb.
Anlaşmanın müddəti cari mövsümün sonuna qədərdir.
Qeyd edək ki, Fineo buna qədər karyerasını Yaponiyanın “Aqleymina Hamamatsu” klubunda davam etdirib. O, ötən ilin dekabrında bu komandadan ayrılıb və son üç ayda klubsuz idi.
S.T.
www.ÇıxışYolu.Com