Millimizin qazaxlara qarşı start heyəti bəlli oldu

Millimizin qazaxlara qarşı start heyəti bəlli oldu

Baxış sayı: 2. 287 dəfə baxılıb.

Qurban Qurbanovlu yığmamız bu gün növbəti yoldaşlıq görüşünü keçirəcək.

ÇıxışYolu.Com xəbər verir ki, komandamız Bakı vaxtilə saat 18.00-da Astanada Qazaxıstan yığmasının qonağı olacaq.

Artıq millimizin start heyəti də bəllidir. Qapıda Kamran Ağayev duracaq. Müdafiə xəttində İlqar Qurbanov, Maksim Medvedev, Ruslan Abışov və Təmkin Xəlilzadə olacaq. Qara Qarayev, Cavid Hüseynov və Dmitri Nəzərov yarımmüdafiənin mərkəzində mübarizə aparacaq. Ruslan Qurbanovla Araz Abdullayevin hücumun cinahlarında, Mahir Mədətovun isə irəli xəttin sivri ucunda yer alacağı gözlənilir.

Qeyd edək ki, bu görüşü moldovalı hakimlər briqadası idarə edəcək.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com