Millimizin sabiq baş məşqçiləri favoritlərini açıqladılar

Baxış sayı: 2. 104 dəfə baxılıb.

Millimizin sabiq baş məşqçiləri favoritlərini açıqladılar

Azərbaycan millisinin sabiq baş məşqçiləri – alman Berti Foqts və xorvat Robert Prosineçki 2018-ci il dünya çempionatındakı favoritlərini açıqlayıblar.

ÇıxışYolu.Com xəbər verir ki, B.Foqts favorit qismində dörd ölkənin adını çəkib.

72 yaşlı mütəxəssis həmyerlilərini xüsusilə fərqəndirib: 

“Braziliya, Fransa, Argentina və biz favoritlərik. Belçika millisini də bu sıraya qoyurlar. Lakin onlar böyük turnirlərdə zəif çıxış edirlər. Fərdi şəkildə böyük oyunçuların olması işə yaramır. Bu, bizim üstünlüyümüzdür.

Almaniya millisi hər zaman turnirlərdə komanda şəklində çıxış edir və böyüyür. Bunu təkrarlaya bilsək, titulu qorumaq üçün işə yarayacaq”.

R.Prosineçki dörd favoritinin olduğunu qeyd edib: 

“Dünya çempionu 3-4 komandadan biri olacaq. Əsas favorit Braziliyadır. Almanlar hər zaman bu siyahıdadırlar. Onların ardınca fransızlar və ispanlar gəlir. Çoxları Argentinanı da favorit sayır, amma mən belə düşünmürəm”.

49 yaşlı mütəxəssis Xorvatiya millisin şanslarına da toxunub. O deyib ki, yığmanın heyətində dünyanın ən yaxşı klublarında çıxış edən futbolçular var: 

“Onlar artıq püxtələşiblər. Düşünürəm ki, qrupdan çıxacağıq. Əgər Xorvatiya qrupda I yeri tutsa, uzağa gedə bilər”.

Qeyd edək ki, Berti Foqts 2008-2014-cü illərdə Azərbaycan yığmasına rəhbərlik edib. O, 1996-cı ildə Almaniyanın baş məşqçisi kimi Avropa çempionu olub.

Robert Prosineçki isə 2014-2017-ci illərdə millinin baş məşqçisi vəzifəsində çalışıb. O, dünya çempionatları tarixində iki fərqli yığmanın – Yuqoslaviya və Xorvatiyanın heyətində qol vuran yeganə futbolçudur.

S.T.
www.ÇıxışYolu.Com