Millimizin sabiq futbolçusu Saşa Yunisoğlu “İdman ustası” adına layiq görülüb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, onu Gənclər və İdman Nazirliyinin futbol sektorunun müdiri Fikrət Hüseynov təltif edib.
Qeyd edək ki, Ukrayna doğumlu olan Saşa Yunisoğlu 2007-2011-ci illərdə millimizin şərəfini qoruyub. Mərkəz müdafiəçisi olmuş Yunisoğlu “İnter”, “Neftçi”, “Bakı”, “Qəbələ” kimi klublarda oynayıb, Polşa və Türkiyədə legioner karyerası yaşayıb.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com