6158ab75-5116-4431-9d72-7ca91187f96a..jpg

Millimizin üzvlərinə danışılmış oyunlarla bağlı maarifləndirici seminar keçirildi

Baxış sayı: 532 dəfə baxılıb.

Millimizin üzvlərinə danışılmış oyunlarla bağlı maarifləndirici seminar
keçirildi

Seçmə mərhələ ərəfəsində təlim-məşq toplanışında olan 17 yaşadək
futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvlərinə danışılmış
oyunlarla bağlı maarifləndirici seminar keçirilib.

“Report” xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə
nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və
“Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub,
maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda olduqca əhəmiyyətli
məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların
yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib. İdman
Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının
Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan
Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam
Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar
iştirakçılarına məlumat verilib.

Source link