Voleybol üzrə Azərbaycan milli komandasının hücumçusu Polina Rəhimova İtaliyanın “Pomi” klubuna keçib.
ÇıxışYolu.Com xəbər verir ki, Özbəkistan doğumlu voleybolçumuz İtaliya klubu ilə bir illik müqaviləyə imza atıb.
Polina Rəhimova və bu klubun digər yeni transferi Valentina Arriqetti ictimaiyyətə təqdim olunub. Rəhimova keçidi ilə bağlı bunları bildirib:
“Burada olduğuma görə şadam. Çəhrayı rəngi çox sevirəm. Azarkeşləri bizi dəstəkləməyə çağırıram”.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com