13e37733-d5be-4f5a-a629-03b1c00c5a1e..jpg

Millimizin üzvü Macarıstan klubu ilə bu mövsüm ilk kubokunu qazanıb

Baxış sayı: 449 dəfə baxılıb.

Millimizin üzvü Macarıstan klubu ilə bu mövsüm ilk kubokunu qazanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən
Abduləzimova klub mövsümündə ilk kuboku qazanıb.

Cixisyolu.com xəbər verir ki, blokçumuzun formasını geyindiyi Macarıstanın “Vaşaş”
klubu yeni mövsümə hazırlıq çərçivəsində beynəlxalq yarışın qalibi olub.
Voleybolçumuzun komandası Polşada keçirilən “Amica Cup 2023” turnirində
Polşanın “Volley Vrotslav” klubunu 3:1, Almaniya “Drezdner”i və Çexiya
təmsilçisi “Dukla Liberets” klublarını 3:2 hesabı ilə məğlub edərək kuboka
sahib çıxıb.

Qeyd edək ki, oktyabrın 1-də baş tutmuş son oyunda Ayşənə istirahət verilib.
Lakin komandası 0:2 hesabı ilə geri düşdüyündən məşqçi onu oyuna daxil edib.
Eyni zamanda “Vaşaş”ın kapitanı olan Abduləzimovanın meydana çıxmasından sonra
Macarıstan təmsilçisi geridönüş edə bilib və yekunda 3:2 hesablı qələbə
qazanıb. Millimizin üzvü üç set ərzində səkkiz xal əldə edib.

Source link