Millimizin üzvü Millətlər Liqasında ən çox dəqiq ötürmə edən futbolçudur

Baxış sayı: 3. 097 dəfə baxılıb.

Millimizin üzvü Millətlər Liqasında ən çox dəqiq ötürmə edən futbolçudur

Futbol üzrə UEFA Millətlər Liqasının III turunun ilk oyunlarından sonra statistik məlumatlar açıqlanıb. 

ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Rişard Almeyda hazırda bu turnirin ən çox dəqiq ötürmə verən futbolçusudur.

Otuz yaşlı futbolçu keçirdiyi üç oyundan sonra 215 dəqiq ötürmə ilə I pillədə qərarlaşıb. Yığma komandamızın digər üzvü Qara Qarayev isə bu göstəricidə III sıradadır. Onun hesabında 201 ötürmə var. II pillədə isə İspaniya yığmasının mərkəz müdafiəçisi Serxio Ramos qərarlaşıb – 204 ötürmə.

Qeyd edək ki, Rişard Almeyda Azərbaycan yığmasının səfərdə Farer Adalarını 3:0 hesabı ilə məğlub etdiyi matçda dubla imza atıb.

S.M.
www.ÇıxışYolu.Com