“Milliyyət” “etnik mənsubiyyət”lə əvəzləndi

“Milliyyət” “etnik mənsubiyyət”lə əvəzləndi

Baxış sayı: 2. 478 dəfə baxılıb.

“Milliyyət” sözü “etnik mənsubiyyət” sözü ilə əvəzlənir.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bununla bağlı “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilir.

Yəni, adıçəkilən  qanunun 4.1.9-cu və 27.1-ci maddələrindəki “milliyyətindən” sözü “etnik mənsubiyyətindən” sözləri ilə əvəz edilir.

Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bir neçə il öncə bu sözlərdə dəyişiklik edilib, indi isə dövlət qulluğu ilə bağlı qanunda bu məsələnin əksini tapması təklif olunur.

Qısa müzakirələrdən sonra dəyişiklik layihəsi plenar iclasa tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com