Miloş Zeman İlham Əliyevi ölkəsinə dəvət edib

Miloş Zeman İlham Əliyevi ölkəsinə dəvət edib

Baxış sayı: 2. 174 dəfə baxılıb.

Çex Respublikasının rezidenti Miloş Zeman Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli cənab prezident.

İcazə verin, yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edim.

Mən çox şadam ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə əsaslanan əlaqələr səmimi və davamlı xarakter daşıyır, müsbət istiqamətdə inkişaf etməkdədir. Bununla bərabər, hər iki tərəf üçün iqtisadi sahəni inkişaf etdirməyə imkan verəcək yaxşı perspektivlər mövcuddur. Buna görə də əminəm ki, yeni mandatınız dövründə mövcud layihələrin həyata keçirilməsi işinə birgə töhfə verəcək və yeni layihələrə imza atacağıq.

Azərbaycan yalnız ikitərəfli sahədə mühüm tərəfdaş deyildir. İnanıram ki, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi bundan sonra da davam edəcəkdir.

Həmçinin Çex Respublikasının da təşəbbüskarı olduğu və qonşuluğumuzdakı ən yaxın tərəfdaşlarımızla münasibətlərin inkişafı üçün əvvəllər olduğu kimi, dost və faydalı format olaraq dəyərləndirdiyimiz Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq üçün də perspektivlər vardır.

Mən 2015-ci ilin sentyabr ayında Bakıda dövlət səfərində olmağımı böyük məmnuniyyət hissi ilə xatırlayıram. Eləcə də daha öncəki dəvətimi təkrar xatırladaraq Sizin Praqaya səfərinizi gözlədiyimi bildirmək istəyirəm.

Hörmətli cənab prezident, seçkilərdəki qələbəniz münasibətilə Zati-alinizi bir daha təbrik edir, Sizə, yaxınlarınıza möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram”.

www.ÇıxışYolu.Com