“Zara” markasının da daxil olduğu İspaniyanın tekstil şirkəti “Inditex”in sahibi Amansio Orteganın sərvəti 1 gündə 4,3 milyard dollar olub.
ÇıxışYolu.Com xəbər verir ki, şirkətin hissələri son üç ilin ən aşağı səviyyəsinə düşüb.
Ortega bir gündə 4,3 milyard dollar, ilin əvvəlindən isə 7 milyard dollar itirib.
Qeyd edək ki, Ortega dünya milyarderlərinin siyahısında üç pillə geriləyib. Bu itkidən sonra 75 milyard dollara sahib “Louis Vuitton”nun sahibi Bernard Arnault Avropanın ən zəngin şəxsi olub.
Xatırladaq ki, “Inditex” özündə “Zara”, “Bershka”, “Pull & Bear” kimi brendləri birləşdirir. Tekstil şirkətinin hissələri 2017-ci ilin sonlarına doğru təxminən 36 avroya satılsa da, ötən həftənin cümə günü bu nisbət 7 faiz düşərək hissəbaşına 25 avro olub.