a6a8d162-553a-441f-b103-ffb46069e7e1..jpg

Milyarder Umar Kamani və Nada Adel 20 milyon funt sterlinqlik toy etdilər – FOTO

Baxış sayı: 449 dəfə baxılıb.

Milyarder Umar Kamani və Nada Adel 20 milyon funt sterlinqlik toy etdilər –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanəsilli 36 yaşlı britaniyalı iş adamı, “PrettyLittleThing” pərakəndə
satış şirkətinin qurucusu və milyarder Umar Kamani 31 yaşlı model Nadia Adellə
evlənib.

Məlumata görə, dəbdəbəli toy Fransanın cənubunda baş tutub və 20 milyon funt
sterlinqə başa gəlib.

Toydan foto və videolar sosial şəbəkələrdə yayımlanıb.

Mərasim tədbirləri dörd gün davam edib.

Qonaqlar arasında supermodel Naomi Kempbell, aktrisa Tessa Tompson, komediya
ustası Rassel Peters, müğənni Kristina Milian, “Vogue Arabia”nın baş redaktoru
Manuel Arno və “Red Sea Film Festival”ın baş direktoru Məhəmməd Ət-Türki də
olublar.

Mərasimdə müğənni Meray Kerri və italyan müğənni Andrea Boçelli çıxış ediblər.

Mənbə: pravilamag.ru

Source link