Milyarderlər qənaətə keçiblər – İqtisadi xəbərlər təsir edib

Baxış sayı: 2. 490 dəfə baxılıb.

Milyarderlər qənaətə keçiblər – İqtisadi xəbərlər təsir edib

Dünyanın ən zəngin insanları qeyri-sabit iqtisadiyyat səbəbi ilə yaxta almağı azaldıblar.

Bu barədə “Bloomberg” məlumat verir.

Nəşr bildirir ki, bəzi kateqoriyalardan olan lüks əşyalara tələbat əvvəlki illə müqayisədə yeddi faiz azalıb. Eyni zamanda, “SuperYacht Times”ın hesablamalarına əsasən, “Heesen Yachts” istehsalçısı 2018-ci ildə 199, 2019-cu ildə isə 102 “Conboy” yaxtası  satıb.

Qeyd edək ki, yaxtalara marağının azalmasına ABŞ-Çin arasında ticarət razılaşması, Böyük Britaniyada “Brexit” haqqında, eləcə də digər  xəbərlər təsir edib. Bununla yanaşı, ekspertlərin proqnozuna əsasən, 2020-ci ildə ABŞ-da prezident seçkiləri başlayanda bu sahədə vəziyyətin daha da gərginləşəcəyi gözlənilir.

Noyabrın 8-də məlum olmuşdu ki, 2018-ci ildə milyarderlərin sərvəti 4,3 faiz, yaxud 388 milyard dollar azalaraq 8,5 trilyon dollara çatıb. Hamıdan çox  Asiya-Sakit okean regionundan olan milyarderlər zərər görüblər, belə ki, onların sayı 7,4 faiz azalıb. Bununla yanaşı, Şimali və Cənubi Amerikada milyarderlərin sayı artıb.